Cəlilabad rayonunda ikimərtəbəli 6 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad rayonu, Tülkülü kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 6 otaqlı ibarət evin yanar konstruksiyaları 228 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.