Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Mehriban Vəliyeva, Şahin Məmmədov, Kamran Hüseynov, Ülviyə Əliyeva ifadə veriblər.
Həmin şəxslər istintaqa verdikləri ifadələrini təsdiqləyiblər. Ülviyyə Əliyeva bildirib ki, “Real” MTK-da işləyib, 700 manat maaş alıb.
Proses noyabrın 16-da davam edəcək.
İttihamda qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan ( GülağaTənha) 19.5 milyon dollar alıb. Gülağa Qəmbərov pulu İlham Qasımova iş qurmaq adı ilə verib.
İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pulunu alıb.
Hacı Zeynalov