7 Yanvar 2017 22:53
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad sakini qardaşını döyən qaynının qulağını dişləyərək qoparıb.

"Xəzər xəbər" məlumat verir ki, hadisə rayonun Moranlı kəndində baş verib. Səbəb isə hazırda xəstəxanada yatan Cavad Mirzəyevin döyülməsi olub.

Balıq tutmaq üçün istifadə olunan tor üstündə düşən mübahisədən sonra 29 yaşlı Xəqani Mirəliyəv 28 yaşlı Cavad Mirzəyevi kənara apararaq küt alətlə vurub və xəsarət yetirib. Döyülənin böyük qardaşı 31 yaşlı Camal Mirzəyev isə hadisəni törədən qaynı Xəqani Mirəliyəvgilə yollanıb.

Camal Mirzəyev əlbəyaxa dava zamanı qaynı - Xəqani Mirəliyevin qulağını dişi ilə qoparıb. Xəqani Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər