Ağstafa rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Amil Kazımov ehtiyatsızlıqdan güllə xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Amil Kazımova tibbi yardım göstərilib.
İlkin məlumata görə, yanvarın 11-də Amil Kazımov kəndin çöllük sahəsinə ova gedib. Ovda olan zaman tüfəngdən ehtiyatsız davranması nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov