Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il iyunun 14-də saat 3 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “Kamaz” markalı avtomobili çınqıl alacağı adı ilə Yaşma bağlar sahəsinə gətirdib. Orada digər maskalı 3 şəxslə birgə sürücünü döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb, hər üç şəxs hadisə yerini tərk edib.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar.
Hacı Zeynalov