13 Fevral 2017 12:38
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Ramin Xanmuradova 14 il həbs cəzası istəyib. Ramin Xanmuradovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses fevralın 22-də davam edəcək.

İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər