Bakının Binəqədi rayonunda dələduzluqla üzləşən daha bir neçə nəfər polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, fevralın 24-də paytaxt sakinləri olan daha 3 nəfər Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edib.
Onlar yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun saxta viza düzəldərək aldatma yolu ilə onlardan ümumilikdə 3476 manat pul aldığını bildiriblər.
Anar Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat tədbirləri aparılır.
Fevralın 21-də Bakı şəhər sakinləri olan 5 nəfər dələduzluqla üzləşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edib.
Onlar bildiriblər ki, yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilov tərəfindən aldadılıblar. Anar Xəlilov zərərçəkmişlərdən ümumilikdə 7141 manat alıb.
Aparılan araşdırmalarla Anar Xəlilov ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 nəfəri aldadıb və onlardan ümumilikdə 9632 manat pul alıb.
Hacı Zeynalov