27 Fevral 2017 17:34
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Girdəni kənd sakini Nazir Baxşızadədən 0,254 qram heroin götürülüb.

Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satan şəhər sakini Ramin Nuriyev də müəyyən edilərək tutulub.

Ondan 0,251 qram, evinə baxış zamanı isə 32,716 qram heroin, elektron tərəzi, narkotik vasitənin qəbul edilməsi üçün ləvazimatlar və 7 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: