Tovuz rayonunda yanaqdoldurma məntəqəsində insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
Yanacaqdoldurma məntəqələdindən birinə gələn Elşad Hüseynov “Mercedes” markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib.
Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb edib. Elşad Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.
Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Hüseynov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov