Bakının Nəsimi rayonunda mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fazil Nəsirova məxsus mağazadan 800 manat, 40 kiloqram ət və 2 ədəd tərəzi oğurlanıb.
Fazil Nəsirov mazadan edilən oğurluqla bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci pplis bölməsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mixail Orfanidis və Zaur Əzizov tutulublar.
Cinayəti törədən şəxslərin hər ikisi əvvəllər məhkum olunublar. Onlar tüfeyli həyat tərzi keçiriblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov