Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Valeh Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Xətai rayonu, Naximov küçəsi 3 ünvanının qarşısında qeydə alınıb. Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı, 27 yaşlı Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.
Qızbəs Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hacı Zeynalov