Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Rayon sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Azər Rzayevin hansı səbəbdən və kimin tərəfindən bıçaqlandığı məlum deyil.
Hazırda Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxsin müəyyən edilərək, saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov