Biləsuvar rayonunda avtomobil oğurluğu ilə məşğul olan şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər rayon ərazisində oğurluqla məşğul olmaları müəyyən edilib.
Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Tahir Abdinov və Natiq Muradov Biləsuvar rayonun ərazisində ötən il mayın 16-dan cari il martın 5-dək olan müddətdə 5 avtomobili qaçırmaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov