Lənkəran şəhərində narkotik tərkibli həblərin aşkar edilməsi ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Lənkəran şəhər sakini olan bir nəfər güclü təsiredici vasitə olan 14 ədəd “Tramadol” həbini könüllü polisə təhvil verib.
Həmin şəxs həblərin həmyerlisi Əbilağa Həsənovdan aldığını bildirib. Polis əməkdaşlarının Əbilağa Həsənovun evinə baxışı zamanı 30 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.
Hacı Zeynalov