11 Aprel 2017 19:11
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
/APA/


Müəllif:

Oxşar xəbərlər