Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hölm oxunub.
Mehparə Kazımova 7 il müddətində azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Məlumat üçün bildirək ki, Mehparə Kazımova istintaq və məhkəmə dövründə zamində olub.
İttihama görə, Mehparə Kazımova Bahar adlı şəxsin qardaşını polisə düzəıdəcəyini deyərək, ondan 38 min manat pul alıb, lakin vədinə əməl etməyib.
Hacı Zeynalov