Teleqraf.com xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.
Kənd sakini Famil Hidayətov əmisi oğlu Şəmsəddin ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Əmioğlanları arasında mübahisə sonda davaya çevrilib. Dava zamanı Famil Hidayətov əmisi oğlunu bıçaqlayaraq öldürüb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov