Teleqraf.com xəbər verir ki, hər 3 şəxs Qaradağ rayonu Xocasən qəsəbəsində olan “GE Petrol”a daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçiriblər.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər, həmçinin şahidlərin ifadəsində Söhbət Abdullayevin günahının olmadığı bildirilib.
Söhbət Abdullayev ifadəsində həmin cinayət əməlində iştirak etmədiyini deyib: “Həmin vaxt mən maşında olmuşam. İçkili olduğumdan maşında yatmışdım”.
Şikayət əsasında hər 3 şəxs saxlanılıb. Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham verilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Fərhad Hacıyev 6 il, Şükür Hüseynov isə 4 il müddətə azadlıqdan məhrum edilib.
Söhbət Abdullayev barəsində bəraət hökmü çıxarılıb.
Hacı Zeynalov