Teleqraf.com xəbər verir ki, rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Məmmədov naməlum şəraitdə bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarətində olan Namiq Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Namiq Məmmədovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı polis tərəfindən araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.