Teleqraf.com xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsində naməlum şəxs 1976-cı il təvəllüdlü Sədaqət Eminovanın əlindən çantasını alaraq qaçmaq istəyib.
O, ərazidə olan mühafizə polisinin əməkdaşları tərəfindən tutulub və 20-ci polis bölməsinə təhvil verilib.
Cinayəti törədən Xızı rayon sakini, 2000-ci il təvəllüdlü Rzaqulu Allahquliyevdir.
Sədaqət Eminovanın çantasında 682 manat, dəyəri 300 manat olan “Samsung” mobil telefonu və bir ədəd bankomat kartı olub.
Faktla bağlı cinayət işi başlanıb.