Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini Füzuli Hüseynov həbs edilib.
Ondan 52,065 qram heroin götürülüb.
Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb.
Füzuli Hüseynovun əvvəllər məhkum olunduğu bildirilir.