Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsi V.Əsgərov küçəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Murad Hüseynov yaşadığı evin yaxınlığında naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Murad Hüseynovun qız üstündə bıçaqlandığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.