Hadisə iyulun 30-da, axşam saatlarında baş verib. İçkili olan Ələsgər Məmmədov azyaşlını yarımçıq tikiliyə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, azyaşlıya qarşı seksual xakakterli hərəkətlər edilib. Amma azyaşlıya təcavüz edən Ələsgər Məmmədovun kənd sakinləri tərəfindən yandırılması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib.
Baş verən hadisə ilə bağlı Culfa rayon prokurorluğunda cinayət işi başlanıb.
Faktla bağlı istintaq aparılır.