Şəki rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, Baş Kəldək kəndində Tarıyel Balakişiyev, əvvəllər məhkum olunmuş Səməd Əsgərov və onun qardaşı Rahim ova gediblər.
Ov zamanı Tarıyel Balakişiyev ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Səməd Əsgərova xəsarət yetirib. Səməd Əsgərov xəstəxanaya yerləşdirlib.
Şəki polisi tərəfindən hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan, Taryel Balakişiyevə və Səməd Əsgərova məxsus 2 ədəd “TOZ”, Rahim Əsgərova məxsus “İJ” markalı ov tüfəngləri, habelə 14 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.