5 Sentyabr 2017 15:04
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 1-də rayon ərazisindəki evlərdən birindən 140 manat pul və qızıl əşyalar oğurlanıb.

Ev sahibəsi baş verən oğurluq hadisəsi ilə bağlı Ağdam rayon Polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törərməkdə şübhəli bilinən Quzanlı qəsəbə sakini, ev sahibəsinin kürəkəni Hüseyn Zeynalov tutulub.


Müəllif: Teleqraf.com