Bakının Yasamal rayonunda baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.
Onlar ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun “Hunday” markalı skuterini və bu il martın 4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli biliniblər.