12 Sentyabr 2017 12:17
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əlövsət Məhərrəmovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses sentaybrın 15- də davam edəcək.

İttihama görə, Əlövsət Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub.

2015-cı ilin fevralında həbs edilən Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Əlövsət Məhərrəmov məhkəmədə verdiyi ifadəsində zərərçəkmişlərdən aldığı pulları ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin antiterror mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevə verdiyini deyib.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.


Müəllif: Hacı Zeynalov