Bakının Nizami rayonunda 7 dəfə məhkum olunan şəxsin üzərindən 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Astara rayon sakini Rüfət Qurbanov saxlanılıb.
Polis idarəsində onun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.
İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib.