Gəncə şəhərində və digər rayonlarda evlərdən oğurluq edən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Səbuhi Bağırov tutulub.
O, avqustun 12-dən noyabrın 9-dək Gəncə şəhərindəki 7 evdən və 1 avtomobildən su sayğacı, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.
Daha bir əməliyyatı Masallı rayon polis şöbəsinin əməkdaşları keçirib. Cari il fevralın 21-də rayon ərazisindəki evlərin birindən 650 manat oğurlamaqda şübhəli bilinən Yeyənkənd kənd sakinləri Vüsal Hacıyev və Ramil Əsgərov tutulublar.
Bundan başqa, Qobustan rayonunda oğurluq hadisəsi baş verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisindəki evlərin birindən 528 manat oğurlamaqda şübhəli bilinən Allahverdi Abdullayev yaxalanıb.