Şirvan şəhərində xuliqanlıq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərinin N.Tusi küçəsində Əlikram Xurşidov həmyerlisi Niyaməddin Alıyevlə münaqişə edib, səs-küy yaradıb.
O, həmin ərazidə xidmət aparan polis şöbəsinin əməkdaşı, mayor Elçin Talıbov tərəfindən intizama dəvət edilib.
Lakin Əlikram Xurşidov polisin tələblərinə tabe olmayıb, onun ayağına daşla xəsarət yetirib.
Əlkiram Xurşidov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Elçin Talıbov xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.