Qusar rayonunda toyda tanışını öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm ozunub
Məhkəmənin hökmü ilə Ramik Aydabəyov 13 il müddətinə azadləqdan məhrum edilib.
İttihama görə, bu il iyulun 5-də Qusarın Xürel kəndində toy mərasimində 46 yaşlı İlqar Ulubəyovla 35 yaşlı həmkəndlisi Ramik Aydabəyov yeyib-içdikdən sonra mübahisə ediblər. Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İlqar Ulubəyov ətrafdakıların köməyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda çoxlu qanitirmədən ölüb.
Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.