Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Əşrəf Abbasov “qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə Şabran rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəmnində Əşrəf Abbasova xəsarət yetirdiyini bildirib.
Baş vermiş hadisə ilə əlaqədar Şabran rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, ibtidai istintaq aparılır.