Bakının Suraxanı rayonunda oğurluq hadisəsi törədən keçmiş məhkumun tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir neçə oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həzrət Salmanzadə saxlanılıb.
O, cari ilin iyul-oktyabr ayları ərzində rayon ərazisindəki 5 evdən təmir-tikinti alətləri, məişət əşyaları, elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinib.
İstintaq araşdırması zamanı Həzrət Salamzadənin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.