Sumqayıt şəhərində iki dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb.
O, avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alıb.
Daha bir dələduzluq faktı ilə bağlı əməliyyatı 4-cü polis bölməsinin əməkdaşları keçirib. Mayın 18-də Alişan Paşayevin 190 manatını almaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əbülfəz Gülağayev saxlanılıb.
Onun fevral ayından dekabr ayınadək olan müddətdə Dilqəm Əliyevin bank hesabından 347 manat, S.Səfərova məxsus “Hyundai” markalı avtomobildən içərisində kitab və şəxsi əşyalar olan çanta və bir velosipedi oğurladığı da müəyyən edilib.