Voronej polisi xüsusi əməliyyat keçirib.
Rusiya mətbuatına istinadən xəbər verilir ki, əməliyyat yerli turist bazalarının birində həyata keçirilib.
Həmin vaxt orada qanuni oğru, Plotnik ləqəbli Oleq Plotnikovun 50 illik yubileyi keçirilirmiş.
Helikopterlə turbazanın ərazisinə düşən xüsusi təyinatlı polis dəstəsi kriminal avtoritetləri yerə uzadaraq onların əllərini bağlayıb. Sonradan onlar avtobusa mindirilərək polis şöbəsinə gətiriliblər.
Məlumata görə, ad günü bəhanəsi ilə toplaşan avtoritetlər əslində “sxodka” (toplantı) keçirirmişlər.
/publika.az/