Bakıda telefon qovşağından oğurluq edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 2-dən 5-dək Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü polis bölməsinə müraciət daxil olub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.