Moskvada Seryoqa Bentli ləqəbli erməni qanuni oğru – Sergey Asatryan döyülüb.
Rusiya mətbuatına istinadla məlumat verilir ki, bu yaxınlarda o, Moskvadakı avtosalonlardan biri ilə maraqlanıb.
Həmin avtosalona isə Amin adlı dağıstanlı avtoritet nəzarət edirmiş. İki tərəf arasında mübahisə düşüb. Erməni qanuni oğru dağıstanlıya məsələni “Pokrovski qorı” adlı yerdə “çürütməyi” təklif edib.
Görüş baş verib, ancaq tərəflər sülhə nail olmayıblar. Dava düşəndə isə dağıstanlılar fiziki cəhətdən daha hazırlıqlı çıxıblar. Ermənilər bərk döyülüb.
Hazırda erməni qanuni oğru xəstəxanadadır.
publika.az