Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqaraf.com xəbər verir ki, C.Naxçıvanski küçəsində yerləşən bazarda Bakı şəhər sakini S.Babayevanın çantasından içərisində 139 manat olan pulqabısını oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Sevda Qənbərova saxlanılıb.