Bakının Nəsimi rayonunda çay evindən oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki çay evlərinin birindən samovar oğurlanması barədə 19-cu polis bölməsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 yeniyetmə həbs edilib. Onlardan biri Şəmkir, digəri Yevlax sakinləridir. Hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.
Saxlanılan şəxslər eyni zamanda ötən il mayın 14-dən cari il yanvarın 8-dək olan müddətdə rayon ərazisində 1 mağazadan 4 mobil telefon, 3 planşet, 7 noutbuk, 1 yaddaş kartı, 20 mobil telefon üçün enerji bloku və geyim əşyaları oğurlamaqda şübhəli biliniblər.