19 Yanvar 2018 11:44
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 74 yaşlı İbadulla Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İbadullah Mənsimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 1 il 6 ay sınaq müddətinə şərti cəza alıb.

İttihama görə, ötən il Sabunçu rayonunda İbadulla Mənsimov həyat yoldaşı Tərgül Mənsimovu ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Səhhətində problem olan İbadulla Mənsimov arvadından pensiya kartını istəyib. Arvadı kartı ona vermədiyi üçün İbadulla Mənsimov bıçağa əl atıb.

İstintaq dövründə İbadulla Mənsimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər