5 Avqust 2014 12:06
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda narkotik alveri ilə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Siyavuş İsrafilov 5 kiloqram 500 qram marixuananı satarkən tutulub.

Hacı Zeynalov


Müəllif: