29 Yanvar 2018 16:04
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşusunu bıçaqlamaqda təqsirli bilinən 1994-cü il təvəllüdlü Nəsib Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Nəsib Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Heydər Əliyev prospektində yeraltı keçidin yaxınlığında baş verib.

Nəsib Əhmədov qonşusu Heybət Əliyevin evin qabağında durmaq, uşaqları yığaraq yüksəkdən danışmasına etiraz edib.

Heybət isə Nəsib Əhmədovun bu iradına məhəl qoymayıb.

Bu da tərəflər arasında yaranan zəminində qanlı hadisə ilə nəticələnib.

Nəsib Əhmədov münaqişə zəminində qonşusu Heybət Əliyevə 4 bıçaq zərbəsi vurub. Yaralının həyatını xilas etmək mümkün olub.

Nəsib Əhmədov isə polis tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər