Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Əlizamin İmanov küçədə tanışı ilə əlbəyaxa zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, tanışlar arasında mübahisə qız üstündə yaranıb. Onlar eyni qızı sevirmişlər.
Faktla bağlı cinayət işi başlanıb.