Bakıda doğranmış qadın meyiti tapılıb.
Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.
Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./APA/