Novxanı qəsəbəsində oğurluqda təqsirləndirilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Mehman Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, oğurluq Novxanı qəsəbəsində, Çimnaz Səlimzadəyə məxsus bağ evində baş verib. Mehman Rzayev evdə olan ümumilikdə 84 min manat dəyərində idman alətlərini, qədim qabları oğurlayıb.
O, oğurladığı əşyaları internet vasitəsi ilə satışa çıxarıb.
Mehman Rzayev həmin evdə gözətçi işləyirmiş.
Zərərçəkmiş Çimnaz Səlimzadə Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olub.