5 Mart 2018 12:41
4 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda iki qadın rüsvayedici məlumatlarla şantaj edilib.

Teleqraf.com xəbər verir ki, rayon sakinləri – Samirə Babayeva və Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) şantaj olunmaları barədə Ağsu rayon polis şöbəsinə müraciət ediblər.

Onlar bildiriblər ki, üç nəfər gənc oğlan tərəfindən barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələniblər. Həmin şəxslər iki qadının barəsində rüsvayedici məlumatların yayılmaması üçün pul tələb ediblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki qadını şantaj etməkdə şübhəli bilinən rayon sakinləri Ramazan Kərimov, Vurgun İdayətov və Mehdi Umudov saxlanılıblar.

Məlum olub ki, onlar Samirə və Əfsanə ilə sosial şəbəkədə tanış olublar. Qızlarla görüşən həmin gənclər görüşlərini gizlincə videoya çəkiblər.

Sonradan həmin çəkilişlə qızları şantaj ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər