Bakıda quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən Alı Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Alı Tağıyev 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Alı Tağıyev ötən il iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını alıb.
Nəsimi rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının operativ şəkildə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb.
Araşdırma zamanı onun həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub.
Daha sonra Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də ortaya çıxıb.