16 Mart 2018 12:00
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə qanlı cinayət törətməkdə təqsirli bilinən Saleh Şahverdiyevin məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Saleh Şahverdiyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses martın 28-də davam edəcək.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər” restoranına özü ilə spirtli içki gətirib.

Ofisiant Fərid Ağayev ona restoranda spritli içki içməyin qadağan olunduğunu bildirib. Onların arasında mübahisə yaranıb. Saleh Şahverdiyev konyak şüşəsini Fərid Ağayevin başına çırpıb.

Restorandan çıxarılan Saleh Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova bıçaqla zərbə vurub. Sonra da hadisə yerindən qaçmağa çalışıb.

Bu zaman restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq vurub.

İstintaq orqanı tərəfindən Saleh Şahverdiyevə Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır zərbə vurma) və 221.3-cü (xuliqanlıq) addəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər