6 Aprel 2018 17:30
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şantajla pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun barəsində çıxarılmış hökümdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirlən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Elnur İbrahimovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilməsi barədə qərar qəbul edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən Elnur İbrahimov apelyasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikaların birində həkimi şantaj edib.

O, nevropatoloqla sosial şəbəkədə tanış olub. Qadın həkimlə intim münasibətdə olan Elnur sonradan onu rüsvay edəcəyi ilə qorxudub.

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8 min manatdan çox pul alıb.

Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb.

Elnur İbrahimov isə ittihamları qəbul etməyib. O, pulu həkimdən yardım məqsədilə aldığını deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər