Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bank əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Fərəh Rəşadətlinin 10 il, bankın əməkdaşı Fariz Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı bankın xəzinədarı Tamamgül Xanlarovanın isə 2 il islah işlərinə cəlb edilməsini tələb edib.
Növbəti proses iyunun 8-də davam edəcək.
Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.
Cinayət işində 8 nəfər zərərçəkmiş var.